Futboldur, bu, mənim başıma gəldi, yaşadım – “Neftçi”nin futbolçusu

“Neftçi”nin kapitanı Ruslan Abışov klub televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, Abışov Antalyadakı hazırlığı dəyərləndirib:

“Hər şey qaydasındadır. Çətin məşqlər geridə qalıb. Daha çox toplu məşqlər olur. Artıq matçlar da oynamışıq. Qısa müddətdə hər şeydən istifadə etməliyik. Hazırlıq prosesindən lazımınca istifadə etməliyik ki, mövsümün ikinci yarısında çəkdiyimiz əziyyətin bəhrəsini görək”.

30 yaşlı müdafiəçi zədəsi barədə də danışıb:

“Zədəm çox ciddi idi. Açığı, gözləmirdim ki, karyeramda belə bir zədə alacam. Futboldur, bu, mənim başıma gəldi, yaşadım. Çalışdığım və bacardığım qədər var gücümlə məşq edirəm. Məşqlərdə tam gücümü ortaya qoymağa çalışıram. Düzdür, bir az çətinliklər var, bu da normaldır. Beş aya yaxın idi ki, komanda ilə məşq etmirdim. Bu, meydanda öz təsirini göstərir. Amma məşqçilərimiz, komanda yoldaşlarım və həkimlərimiz mənə böyük dəstək verir ki, qısa müddətdə formamı bərpa edim və var gücümlə komandamıza köməklik göstərim.

İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxırdım və pis hisslər keçirirdim. Mənə ən böyük dəstəyi ailəm verdi. Ondan sonra komanda yoldaşlarım, dostlarım mənə çox böyük dəstək verdilər ki, səbrli ol, zamanla hər şey qaydasına düşəcək. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, artıqlaması ilə bu dəstəyi gördüm. Bir çox azarkeşimiz zəng vururdu, dəstəklərini göstərirdilər. Hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button