“Futbolda hər şey ola bilər, ancaq…” – Rakitiç

“Barselona”nın futbolçusu İvan Rakitiç La Liqanın 35-ci turunda “Levante”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi klubda qalmaq istədiyini deyib:

“Burda qalmaq istəyirəm. Ümid edirəm ki, məşqçilər və rəhbərlik də mənim kimi düşünür. Müqaviləmin 3 il daha müddəti var və bu dövrdə burda olmaq istəyirəm. Futbolda hər şey ola bilər, ancaq mən çox rahatam”.

“Sevilya”dan 2014-cü ildə transfer edilən Rakitiç, bu mövsüm 49 oyunda iştirak edib.

“Barselona” “Levante”ni 1:0 hesabıyla məğlub edərək, La Liqada sona 3 tur qalmış çempionluğunu elan edib.