“Liverpul”un təklifindən imtina edir – “Barselona”ya keçə bilər

“Liverpul”un futbolçusu Corcinyo Veynaldum karyerası ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu “qırmızılar”dan ayrılmağa qərar verib. O, klubun yeni müqavilə təklifini qəbul etməyəcək. Veynaldumun “Barselona”ya keçəcəyi deyilir.

Bir müddət əvvəl “Barselona” 30 yaşlı futbolçunu transfer etmək istəsə də, bu keçid alınmamışdı.

Veynaldumun “Liverpul”la müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button