“Real”dan ayrılacaq – məvacibindən narazıdır

İspaniyanın “Real” klubunun futbolçusu Lukas Vaskes gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “kral klubu”ndan ayrılmağa qərar verib. Məlumata görə, Vaskes “Real”ın yeni müqavilə təklifini qəbul etməyib. Klub Vaskesə hazırkı məvacibi ilə üç illik müqavilə təklif edib. Futbolçu isə məvacibinin artırılmasını istəyir.

2015-ci ildən “Real”da çıxış edən Vaskesin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.