“Futbolçuların səviyyəsinə güvənirəm” – Lempard

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Fulhem”ə 1:0 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingilis mütəxəssis, bu nəticədən məmnun olduğunu bildirib:

“Son zamanlarda işimiz asan olmadı, ona görə də, bu qələbə bizə yaxşı hiss etdirir. Oyuna yaxşı başladıq və nəzarəti saxladıq. Oyun tempimizi tapdığımız üçün şadam. Futbolçuların səviyyəsinə güvənirəm. İndiyə qədərki nəticələrimizlə bağlı səbrli olmalıyıq”.