“Mançester Yunayted”ə vaxt lazımdır” – Ferdinand

İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Rio Ferdinand açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni transferləri ilə bağlı danışan sabiq müdafiəçi, klubun düzgün istiqamətdə irəlilədiyini bildirib:

“Düşünürəm ki, edilən transferlər düzgün istiqamətdə atılmış addımdır. Onların gənc, uğurlara ac olan və özünü inkişaf etdirmək istəyən futbolçuları var. Bu futbolçular klubu yaxşılaşdırmaq, futbolçu kimi inkişaf etmək üçün bura gəliblər. Futbolçuların hardan, hansı klubdan gəldiyi vacib deyil, əsas olan onların komanda üçün doğru olmaları, öz üzərində çalışmalarıdır. “Mançester Yunayted”ə vaxt lazımdır. Azarkeşlər də bunu başa düşməli və səbr etməlidirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button