“Bizə onun üçün heç bir təklif yoxdur” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer Pol Poqbayla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubdakı gələcəyi müzakirə olunan futbolçu ilə bağlı danışan norveçli mütəxəssis, bunları deyib:

“Biz “Mançester Yunayted”ik və futbolçularımızı satmağa ehtiyacımız yoxdur. Düzgün qiymətə, bizim üçün doğru futbolçulara sahib olmalıyıq. Futbolçularımız üçün heç bir təklif yoxdur. Poqba isə heç vaxt özünü komandadan ayırmadı və hər zaman əlindən gələni etdi. Menecerin danışıqları hər zaman var, amma dediyim kimi, bizə onun üçün heç bir təklif yoxdur. Poqba əsl peşəkardır və onun qızıl ürəyi var”.