“Futbolçulara dedim ki…” – “Ayntraxt”ın baş məşqçisi

“Ayntraxt”ın (Frankfurt) baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında “Reyncers” üzərində qazanılan qələbəni (1:1, 5:4 pen.) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qlasner, futbolçularının performansını heç bir sözlə təsvir edə bilmədiyini deyib:

“İnanılmaz! Bu, Avropada 13-cü oyunumuz idi və heç vaxt uduzmadıq. Uşaqların bu gün etdiklərini və mövsüm boyu etdiklərini təsvir etməyə sözüm yoxdur”.

Gələn mövsüm Çempionlar Liqası haqda düşünmək? Yox. O qədər də uzağa baxmıram, çünki yaxın aylarda nə olacağını bilmirəm. Futbolçulara dedim ki, bizim fantastik səyahətimiz olub, bu səyahət bu gün meydanda yox, sabah kubokla evdə olduğumuz zaman başa çatmalıdır”.