“Futbolçularımı qınamaq istəmirəm” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin Premyer Liqanın 6-cı turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Hacıyev, 0:3 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

  • İki fərqli hissə izlədik. Bütün hallarda, rəqibi təbrik edirəm. İlk hissədə qaçırdığımız imkanlar oldu. 4-5 100 faizlik epizodumuz oldu. Öz səhvlərimizdən qol buraxdıq. Sonra isə toparlana bilmədik. 2-ci və 3-cü qoldan sonra komandanın psxioloji və fiziki cəhətdən yorğunluğunu hiss etdim.
  • “Sabah” “Səbail” üçün çətin rəqibə çevrilib…
  • “Sabah” hələ qələbə qazanmamışdı. Xüsusi motivasiya ilə oyuna çıxacaqlarını bilirdik. Onlar üçün çətin rəqib olmaq fikri ilə razılaşmıram. “Səbail” “Sabah”dan fərqlənir.
  • Qarşıdakı oyuna komandanı hazırlamaq çətin olmayacaq?
  • Çətindi. İstədiyimiz oyunu tapa bilmirik. Çalışacağıq ki, “Neftçi” ilə oyuna hazır olaq. “Səbail”in əvvəlki turlarda qazandığı xallar aldadıcı ola bilər. Bizim digər komandalarla rəqabət aparmağımız çətindi.
  • “Səbail”lə” Sabah” arasında dediyiniz fərq nə idi?
  • Həm maddi baxımdan, həm də infrastruktur. Bizim bu baxımdan problemlərimiz var.
  • Təhlil etdiyiniz rəqiblə bu rəqib arasında fərq nə idi?
  • Elşad Əhmədovla da “Sabah” maraqlı oyun oynayırdı. İqor Ponomaryovun ilk oyunu idi. Ciddi dəyişikliyin olduğunu hiss etmədim. Sadəcə, son nöqtəni qoymaqda problemlər yaşadıq.
  • Komandada eniş yaşanır demək olar?
  • Ciddi yüksəliş də olmayıb. Hələ çempionatın əvvəlidi. Toparlanmağa vaxtımız olacaq. Eyni oyunçularla hazırlaşmaq çətin olsa da, çalışacağıq toparlanaq.
  • Uzaqdan vurulan zərbələrdən komanda 2 oyundur qol buraxır. Bu nə ilə bağlıdı?
  • 78-ci dəqiqədə vurduqları qol tək zərbə ilə bağlı deyildi. Qapıçının da səhvi var idi. Futbolçularımı qınamaq istəmirəm. Çətin dönəmlərdə yaxşı oynayıb, xal qazanıblar. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq.
  • Maykl Essyenin meydana çıxması nə ilə bağlı idi?
  • Mərkəz xəttini gücləndirmək üçün.
  • Aleksandr Rıbkanı növbəti tur meydanda görə bilərik?
  • Hələ 1 ay gözləməliyik. Artıq çəkisi də var. Bir ay sonra ağrısı olmasa, həkimlər qərar verəcək.
  • Komandanın psixoloji köməyinə ehtiyac olacaq?
  • Çıxışımızı qənaətbəxş hesab etmək olar. Heyətimizin güclənməsinə ehtiyac var. Yuxarı pillələrdə qalmaq üçün çalışacağıq.
  • Xal itkilərindən sonra komandadan ayrılacağınız deyilir. Bu iddialar nəylə bağlıdı?
  • Mən də bilmirəm. İşimizə davam edirik. Getmək lazım olsa, istənməyən yerdə qalmaram. Gedişim komandaya xeyr versə, düşünərəm. Hazırda belə müzakirələrə qarışmaq istəmirəm.
  • Qeyri-sabitlikdə komandanın rəhbərliyinin rolunun olduğunu düşünürsüz?
  • Rəhbərlik də istəyir ki, komandanı gəncləşdirək, yerli futbolçular oynadaq. Hər klubda çətinlik olur. Bunun öhdəsindən gəlməyə çalışırıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button