“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Polşanın “Legiya” klubuna qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər. “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişikliklər edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”.