“Futbolçulara vaxt verməliyik” – Kuman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Ferentsvaroş”a 5:1 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ronald Kuman oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, böyük hesabla qalib gəldikləri oyunla bağlı bunları deyib:

“Bilirəm ki, daha da inkişaf edə bilərik. Bu komandadan daha artıq nəsə istəyə bilmərəm. Hər gün daha çox çalışmalı və oyunumuzu yaxşılaşdırmalıyıq. Futbolçulara vaxt verməliyik. Hər rəqib üçün uyğun heyəti seçirik. Daha yaxşı vəziyyətdə olan futbolçu meydanda olur. Növbəti dəfə kimlərin şans qazanacağını görəcəyik”.