“Çox mürəkkəb, çətin oyun oldu” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 3-cü turu çərçivəsində keçirilən “Betis”lə oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis, 3:2 hesabı ilə qazanılan qələbəni belə şərh edib:

“Mövsümün ilk iki oyununda qələbə qazanan komandayla oyunda vacib üç xal əldə etdik. Çox mürəkkəb, çətin oyun oldu. Futbolçularım qalib gəlmək üçün meydanda əllərindən gələni etdilər. İlk 15-20 dəqiqə çox yaxşı oynadıq, hesabı açdıq, amma rəqib qısa müddətdə iki qol vurdu. Futbolçular sona qədər inandılar və nəticə əldə etdik. Qələbə qazandığımız üçün xoşbəxtik. Qarşımızda uzun marafon var və oyunumuzu yaxşılaşdıracağımızı bilirik. Bütün futbolçularımla qürur duyuram, onlar ağıllı oynadılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button