Futbolçular narazıdır – Baş məşqçinin heyət seçimindən

“Bayern”in futbolçuları baş məşqçi Julian Naqelsmannın heyət seçimindən narazıdırlar.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun bəzi futbolçuları baş məşqçinin səviyyələrinə fikir verməyərək, daha yaşlı və daha çox “statuslu” oyunçulara üstünlük verməsini qəbul etmək istəmirlər.

Məsələn, Bundesliqanın 7-ci turunun “Auqsburq”la oyununda (0:1) Münhen təmsilçisinin heyətində hücumçu Matis Tell deyil, Erik Çupo-Motinq meydana çıxıb.

Keyfiyyətli oyunu Naqelsmann tərəfindən mükafatlandırılmayan başqa bir futbolçu isə yarımmüdafiəçi Rayan Qravenberçdir. 20 yaşlı niderlandlı mövsümöncəsi hazırlıqda əla təsir bağışlasa da, start heyətində oyuna yalnız bir dəfə – Almaniya kubokunun 1/16 mərhələsinin “Viktoriya” (Köln) ilə matçında (5:0) başlayıb.

Bizi Telegramda izləyin