“Mənim vəzifəm klubu təhlükəyə atmadan, ailəmin maraqlarını qorumaqdır” – Payet

“Marsel”in futbolçusu Dimitri Payet koronavirus səbəbiylə məvacibinin azaldılmasına qarşı çıxması barədə danışıb.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan 33 yaşlı futbolçu, bu addımını belə izah edib:

“Bu mövzu ilə bağlı hər kəsin öz söz haqqı var, mənim vəziyyətim bəlli idi. Futbolçu olduğum kimi, həm də, bir ailənin başçısıyam. Hər kəs kimi maddi xərclərim və yerinə yetirməyim lazım olan öhdəliklərim var. Hər kəs kluba nə qədər bağlı olduğumu bilir. Mənim vəzifəm klubu təhlükəyə atmadan, ailəmin maraqlarını qorumaqdır”.