Premyer Liqada yeni mövsümün başlama vaxtı açıqlandı

Futbol üzrə Farer adaları çempionatında yeni mövsümün başlanacağı tarix bəlli olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa mayın 9-da start götürəcək. Bu barədə NRK nəşri məlumat yayıb. Farer adaları Premyer Liqasında mövsüm martın 8-də başlamalı idi, ancaq koronavirusa görə çempionatın startı təxirə salınmışdı.

50 min insanın yaşadığı Farer adalarında 185 nəfər koronavirusa yoluxub. İnfeksiya səbəbindən ölən yoxdur. Virusa yoluxanların 178-i sağalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button