Belçika milli komandası tarixinin ən yaxşı futbolçusu

Futbol üzrə Belçika milli komandası tarixinin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Real”ın yarımmüdafiəçisi Eden Hazarddır. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Hazard, azarkeşlər arasında keçirilən səsvermədə 10,6 faiz səslə qalib olub.

İkinci 9,4 faizlə Vensan Kompani, 3-cü isə 9,1 faiz səslə Kevin de Bruyne olub.

Hazard Belçika yığmasında 106 oyunda 34 qol vurub. 30 yaşlı futbolçu klub karyerasında Fransa Liqa 1-də, İngiltərə Premyer Liqasında, İspaniya La Liqasında çempionluq yaşayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button