Qriqorçukun komandası superkuboku qazandı – ilk dəfə

Futbol üzrə Belarus superkubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici matçda “Şaxtyor” (Soliqorsk) ilə BATE qarşılaşıb. Əsas vaxtı 0:0 hesabıyla bitən qarşılaşmanın qalibini penaltilər seriyası müəyyənləşdirib.

Penalti vuruşlarında daha dəqiq olan “Şaxtyor” superkuboku qazanıb. Soliqorsk təmsilçisi klub tarixində ilk dəfə superkubokun sahibi olub.

“Şaxtyor”u “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button