Emil Balayev 3-cü oldu

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Jetısu” ilə matçda (1:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Jetısu” ilə matçın ən yaxşısı 297 xalla Fernander Kassay, 2-ci 290 xalla Niko Kvekveskiri olub. Emil Balayev isə 278 xalla ən yaxşılar arasında 3-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button