Azərbaycan millisinin Dublində qazandığı 1 xal təsadüf imiş!

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda İrlandiya yığmasıyla qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:00-da start verilib.

Komandalar arasında Dublində baş tutan ilk oyun 1:1 hesabıyla yekunlaşmışdı. Bakıdakı görüşdə isə irlandlar inamlı qələbəyə seviniblər. Bununla da, irlandlar sübut ediblər ki, ilk oyundakı heç-heçə təsadüf imiş.

Azərbaycan millisi seçmə mərhələnin A qrupunda mübarizə aparır. Yığma 1 xalla sonuncu sıradadır.

Qrupun digər matçında Lüksemburq yığması Serbiya millisini qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ, 7-ci tur

9 oktyabr

Azərbaycan – İrlandiya 0:3
Qol: K.Robinson, 7; 39. Ç.Oqbene, 90.
Baş hakim: Espen Eskas (Norveç)

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mərt Çəlik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.
İrlandiya: 1. Qevin Bazunu, 2. Mett Doherti, 4. Şeyn Daffi, 5. Con İqan (k), 6. Coş Kallen, 7. Kallum Robinson, 9. Adam Ayda, 11. Ceyms Maklinn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele.
Ehtiyat oyunçular: 16. Kivan Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Huriheyn, 10. Troy Perrott, 12. Neytan Kollinz, 14. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli.
Baş məşqçi: Stiven Kenni.

Lüksemburq – Serbiya 0:1
Qol:
Duşan Vlahoviç, 68.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button