“Qarabağ” qalib gəldi, “Turan Tovuz” uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. MOİK doğma meydanda “Səbail”in əvəzediciləri ilə heç-heçə edib. Son çempion “Neftçi-2” isə səfərdə “Qəbələ”nin əvəzedicilərinə məğlub olub.

Turun qalan görüşləri bu gün keçirilib. “Qaradağ Lökbatan” – “Kəpəz” matçında qalib müəyyənləşməyib. “Qarabağ-2” “Sumqayıt-2” ilə, “Zaqatala” “Turan Tovuz”la, “Keşlə-2” isə “Sabah-2” ilə oyundan qalib ayrılıb.

Birinci divizion, 2-ci tur

21 sentyabr

MOİK – Səbail-2 1:1
Qol:
Rafael Qavami, 45+1 – Elvin Əliyev, 71.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu, 15:30

Qəbələ-2 – Neftçi-2 3:1
Qol: Xəyal Səmədov, 12. Mehrac Baxşalı, 40. Aqil Nəsibov, 44 – Famil Camalov, 90+1
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00

22 sentyabr

Qaradağ Lökbatan – Kəpəz 1:1
Qol: Ü.İsmayılov, 90+1 – T.Rzayev, 56-pen.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30

Qarabağ-2 – Sumqayıt-2 2:1
Qol: Mehdi Tahirov, 80. Nihad Quliyev, 90+1 – Nicat Əliyev, 88.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 15:30

Zaqatala – Turan Tovuz 3:0
Qol: İbrahim Əliyev, 37; 51. Mahmud Məmmədov, 75.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elman Kərimov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu, 15:30

Keşlə-2 – Sabah-2 1:0
Qol: A.Abanq, 65.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”, 17:30

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button