Zaqatalada “sülh”, “Sabah” qələbə qazandı

Azərbaycan 1-ci divizionunda 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Gəncədə “Kəpəz” “Keşlə-2″ni qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

“Turan Tovuz” isə səfərdə “Qaradağ Lökbatan”dan üstün olub.

“Neftçi-2” bu turda “Sumqayıt-2″ni darmadağın edib.

Tura bu gün keçirilən oyunlarla yekun vurulub. “Sabah-2” səfərdə “Zirə”nin ikinci komandasını məğlub edib. “Qarabağ-2” isə Zaqatala səfərindən 1 xalla ayrılıb.

Birinci divizion, 15-ci tur

13 fevral

Kəpəz– Keşlə-2 3:3
Qol: Tural Qürbətov, 34; 68. Ümid Səmədov, 43 – Elmir Rəhimzadə, 11-pen; 90+5, Pərviz Azadov, 64.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu

Neftçi-2 – Sumqayıt-2 4:0
Qol:
Vüsal Əsgərov, 25. İsmayıl Zülfüqarlı, 47. İlyas İlyasov, 66-avtoqol. Muxtar Əliyev, 68.
Qırmızı vərəqə: Eldost Qiyasbəyli, 78 (“Sumqayıt-2”)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“AZAL Arena”

Qaradağ Lökbatan – Turan Tovuz 1:2
Qol:
Rüstəm Nuriyev, 55-avtoqol – Fərid Məmmədov, 14. Aqşin Muxtaroğlu, 27.
Qırmızı vərəqə: Əzəmət Ələkbərli 90+5 (“Turan Tovuz”).
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14 fevral

Zirə-2 – Sabah-2 1:2
Qol: Bəxtiyar Həsənalızadə, 87 – Zahid Mərdanov, 45+2-pen. Fərid Kərimzadə, 77.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“AZAL Arena”, 14:00

Zaqatala – Qarabağ-2 1:1
Qol: Sərxan Abdullayev, 79 – Musa Qurbanlı, 12-pen.
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zaqatala şəhər stadionu, 14:00

Qeyd 1: Bu tur MOİK komandası istirahət edib.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Səbail-2” – “Ağsu” matçı keçirilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button