Super Liqada 2 oyunun vaxtı dəyişdi – hava şəraitinə görə

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun bir neçə oyununun başlama vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, buna səbəb ölkədəki əlverişsiz hava şəraiti olub.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlaması planlaşdırılan “Kayserispor” – “Başakşehir” matçı 1 saat sonra – 19:00-da start götürəcək.

Yanvarın 21-də, saat 21:00-a təyin olunan “Yeni Malatyaspor” – “Beşiktaş” oyunu isə ayın 22-də, saat 14:30-da olacaq.

Dünən qar səbəbindən birinci hissədən sonra yarımçıq dayandırılan “Qaziantep” – “Yeni Malatyaspor” qarşılaşması qeyri-müəyyən müddətə ertələnib.