Milli komandada baş məşqçi ayrılığı

Futbol üzrə Tunis milli komandasının baş məşqçisi Alen Jiress vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 67 yaşlı mütəxəssis ötən ilin dekabrından yığmanı çalışdırırdı.

Tunis millisi Alenin rəhbərliyi altında çıxdığı 12 oyunda 6 qələbə qazanıb, 3 dəfə isə məğlub olub.