Milli komandada baş məşqçi ayrılığı

Futbol üzrə Polşa milli komandasında baş məşqçi Eji Bjençek vəzifəsindən azad edilib.

Komanda.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Bjençeklə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bjençek 2018-ci ilin yayından Polşa yığmasını çalışdırırdı. Onun rəhbərlik etdiyi yığma AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanıb.