Milli komandada yeni baş məşqçi

Futbol üzrə Paraqvay milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Qustavo Barros Skelottoya tapşırılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Qustavo ilə imzalanan müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Skelotto bir müddət əvvəl istefaya göndərilən Eduardo Berissonu əvəzləyib.