Milli komandada yeni baş məşqçi

Futbol üzrə Kosta Rika milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Ronald Qonsalesə tapşırılıb. Bu barədə Kosta Rika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kosta Rika millisində bir müddət əvvəl baş məşqçi Qustavo Matosas vəzifəsindən ayrılmışdı.