“Darıxıram” deyib, istefa verdi – Milli komandanın baş məşqçisi

Futbol üzrə Kosta Rika milli komandasının baş məşqçisi Qustavo Matosas vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Kosta Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə, Matosasın vəzifəsindən istefa etdiyi bildirilib.

“Goal.com”a danışan Matosas, baş məşqçi postundan ayrılmağının səbəbini belə izah edib:

“Milli komandanın baş məşqçisi kimi çalışmağın belə sıxıcı olduğunu bilmirdim. Çətindir, hər gün futbolçularla işləyə bilmirəm. Bəzən istirahətdə olduğumu düşünürəm. Əvvəlcə problem olmayacağını düşünürdüm, ancaq hər gün darıxıram. Mən belə bir həyatı sevmirəm”.

Matosas 2018-ci ilin oktyabrında Kosta Rika millisinə baş məşqçi təyin olunmuşdu.