Premyer Liqada koronavirusa 16 yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında daha 16 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 11-17 yanvar aralığında 3315 nəfərdən götürülən koronavirus testindən 16-nın nəticəsi pozitiv olub.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.