Ermənistan millisində baş məşqçi istefası

Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Gyulbudaqyantsın istefa verməsinə səbəb, Ermənistan millisinin AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmamasıdır.

Gyulbudaqyants 2018-ci ildən Ermənistan millisini çalışdırırdı.

AÇ-2020-nin seçmə mərhələsində J qrupunda İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan və Lixtenşteynlə mübarizə aparan Ermənistan millisi 8 oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşır.