Milli komandada yeni baş məşqçi

Futbol üzrə Ekvador milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın “sükan”ı Yurgen Klinsmanna tapşırılacaq. Alman mütəxəssisinin təyinatının yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

Baş məşqçi karyerası ərzində Almaniya milli komandası, “Bavariya” və ABŞ yığmasında çalışan Klinsmann 2016-cı ilin noyabrından işsizdir.