Neymar Messinin rekordunu qırdı

Futbol üzrə Braziliya milli komandası DÇ-2022-nin seçmə mərhələsində Boliviyanı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:0 hesabıyla bitən görüşdə Neymar yeni uğura imza atıb. Braziliyalı hücumçu Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib. Bu, son üç mundialın ən yaxşı göstəricisidir.

Neymardan əvvəl bu uğur Argentina millisinin üzvü Lionel Messiyə aid idi. Messi 2011-ci ildə Kolumbiya ilə qarşılaşdıqları oyunda 15 uğurlu driblinq etmişdi.