“Zirə”də ciddi itki – azı 4 ay olmayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Andelkoviç əməliyyat olunacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb. Nemanya gələn həftə Serbiyada əməliyyat olunacaq.

Həkimlərin fikrincə, Andelkoviç 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər.