Emil Balayev ən yaxşılar arasında

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 26-cı turu çərçivəsində keçirilmiş “Okjetpes”lə matçda (1:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “Okjetpes”lə görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev bu görüşdə qapısını toxunulmaz saxlayıb və bir dəfə komandasını real qoldan xilas edib.

“Tobol”un heyətində ən yaxşı oyunçu isə yarımmüdafiəçi Caba Kankava seçilib.