Emil Balayev – ən yaxşı

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan çempionatının 21-ci turu çərçivəsində keçirilmiş “Atırau” ilə matçda (1:0) “Tobol”un ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “Atırau” ilə görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 24 dəqiq ötürmə verib, bir neçə dəfə də komandasını real qoldan xilas edib.