Azərbaycanla oyundan əvvəl yeni məşqçi

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının baş məşqçisi Rayan Giqqzə yeni köməkçi təyin olunub.

Komanda.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Robert Peyg AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla, Belarusla isə yoxlama oyununda Rayan Giqqzin məşqçilər korpusunda yer alacaq.

Robert son olaraq 21 yaşadək futbolçulardan ibarət Uels millisini çalışdırırdı.

Uels – Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.