Azərbaycan millisinin növbəti rəqibi bilindi

Futbol üzrə Azərbaycan milli komandası daha bir yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Azərbaycan millisinin Belarus yığması ilə qarşılaşacağı bildirilib. Oyun iyunun 2-də, Minskdəki Milli Olimpiya Stadionunda keçiriləcək. Matçın başlama saatı hələ məlum deyil.

Azərbaycan yığması mayın 27-də yoxlama oyunu çərçivəsində Alanyada Türkiyə ilə qarşılaşacaq.