Millimiz Sloveniya ilə heç-heçəyə razılaşdı

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Sloveniya yığması ilə qarşılaşıb. Lyublyanada “Stojitse” stadionunda keçirilən qarşılaşma saat 23:45-də start götürüb. Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edib. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər və matç heç-heçə bitib.

Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 14-də Monteneqro, 17-də isə Lüksemburqla qarşılaşacaq.

Yoxlama oyunu

11 noyabr

Sloveniya – Azərbaycan 0:0
Baş hakim: Ferents Karako (Macarıstan)

Sloveniya: 1. Vid Belets, 2. Neyts Skubiç, 7. Yosib İliçiç (k), 8. Sandi Lovriç, 10. Miha Zayç, 11. Tim Matavj, 14. Yasmin Kurtiç, 17. Miha Mevlya, 19. Mario Yurçeviç, 20. Adam Qnezda Çerin, 23. Kenan Bayriç.
Ehtiyat oyunçular: 1. Yan Oblak, 16. Matyaş Rozman, 3. Yure Balkoveç, 4. Miha Blajiç, 5. Nino Kuter, 6. Jaka Biyol, 9. Andraj Şporar, 13. Domen Çrniqo, 15. Damyan Bohar, 18. David Tiyaniç, 21. Benjamin Verbiç, 22. Amedey Vetrih.
Baş məşqçi: Maytaj Kek.
Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 6. Vüqar Mustafayev, 21. İsmayıl İbrahimli, 3. Azər Salahlı 11. Mahir Emreli, 17. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 2. Mert Çelik, 4. Rahil Məmmədov, 8. Coşqun Diniyev, 9. Musa Qurbanlı, 10. Rəhim Sadıxov, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.