“Turan Tovuz” Gəncə səfərindən 3 xalla qayıtdı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Zaqatala” doğma meydanda “Keşlə-2″yə böyük hesabla qalib gəlib – 4:0. “Sabah-2” “Sumqayıt-2”-ni 5:0 hesabı ilə məğlub edib. “Qarabağ-2” isə səfərdə darmadağına sevinib – 3:0. Turun qalan oyunları sabah keçiriləcək.

Bu gün daha iki qarşılaşma keçirilib. Lider “Turan Tovuz” Gəncə səfərində “Kəpəz”lə qarşılaşıb. 5 qolun vurulduğu matçda tovuzlular çətin qələbə qazanıb.

Turun son matçında “Neftçi-2” ilə “Qaradağ Lökbatan” qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Birinci divizion, 7-ci tur

25 noyabr

Zaqatala – Keşlə-2 4:0
Qol:
Aleksandr Şemonayev, 26. Bəhruz Teymurov, 47; 51; 90+5.
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Teymur Teymurov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu.

Sabah-2 – Sumqayıt-2 5:0
Qol:
Fərid Kərimzadə, 6; 46. Kamran Quliyev, 45+3-pen. Abdullah Xaibulayev, 51. Şakir Seyidov, 78-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

MOİK – Qarabağ-2 0:3
Qol:
Nihad Tamazov, 63. Seyxan Fərəcov, 71. Emil Məmmədov, 86-avtoqol.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”.

26 noyabr

Kəpəz – Turan Tovuz 2:3
Qol:
Nodar Məmmədov, 53-pen. Novruz Məmmədov, 60 – Vidadi Cəfərov, 39; 89-pen. Nurlan Şabanov, 41.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu

Neftçi-2 – Qaradağ Lökbatan 1:0
Qol:
Emin Zamanov, 74.
Qırmızı vərəqə: Famil Camalov, 80 (“Neftçi-2”)
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Kərim Zeynalov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi” klubunun məşq bazası (4-cü meydança)