“Zaqatala” səfərdə “Qarabağ”dan üstün oldu, “Neftçi” darmadağına sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Lider “Turan Tovuz” bu tur çərçivəsində səfərdə “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş tovuzluların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Günün digər matçında turnir cədvəlinin ikincisi “Kəpəz” MOİK-i minimal hesabla məğlub edib.

Turun qalan oyunları bu gün keçirilib. “Zaqatala” səfərdə “Qarabağ”ın ikinci komandasını məğlub edib. “Neftçi-2” isə səfər oyununda “Sumqayıt-2”-ni darmadağın edib.

Birinci divizion, 6-cı tur

19 noyabr

Qaradağ Lökbatan – Turan Tovuz 1:3
Qol:
Elvin Sərkərov, 72 – Aqşin Muxtaroğlu, 39. Nurlan Şabanov, 62. Elmir Tağıyev, 90+2
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Kəpəz – MOİK 1:0
Qol:
Emil Məmmədov, 8-avtoqol.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu

20 noyabr

Qarabağ-2 – Zaqatala 2:3
Qol: İbrahim Hüseynov, 25. Seyxan Fərəcov, 59 – Salman Ələsgərov, 76. Pərvin Kərimli, 85. Ramin Əhmədov, 89.
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Ruslan Quliyev, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

Sumqayıt-2 – Neftçi-2 0:4
Qol:
Asim Əlizadə, 12-pen. Vüsal Əsgərov, 55; 67. Famil Camalov, 74.
Hakimlər: Rauf Allahveridyev, Teymur Teymurov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

Keşlə-2 – Sabah-2 1:3
Qol:
Elmir Rəhimzadə, 26-pen – Ceyhun Nuriyev, 36. Kamran Quliyev, 46. Abdullah Xaibulayev, 53.
Qırmızı vərəqə: Şirin Şirinov – 80- ikinci sarı vərəqə (“Keşlə-2”)
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Hidayət Feyzullayev, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”