“Kəpəz” səfərdə, “Zaqatala” doğma meydanda sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Qarabağ” və “Neftçi”nin əvəzediciləri üz-üzə gəlib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

“Sabah”ın əvəzediciləri “Səbail”in ikinci komandasını minimal hesabla məğlub edib. “Turan Tovuz” isə səfərdə “Qəbələ”nin əvəzedici komandasından güclü olub.

“Qaradağ Lökbatan” “Keşlə”nin əvəzediciləri ilə oyundan məğlub ayrılıb. “Kəpəz” səfərdə “Sumqayıt”ın əvəzedicilərinə qalib gəlibsə, “Zaqatala” “Zirə”nin ikinci komandası üzərində inamlı qələbəyə sevinib.

1-ci divizion, 4-cü tur

14 oktyabr

Qarabağ-2 – Neftçi-2 0:2
Qol
: Xəqani Sadıxov, 30. Nihad Qurbanlı, 74.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elman Kərimov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”, 13:30 (pfl.az/canlı)

Sabah-2 – Səbail-2 1:0
Qol: Kamran Quliyev, 41.
Hakimlər: Rauf Allahverdiyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Cavid Cəlilov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu, 14:30

Qəbələ-2 – Turan Tovuz 1:2
Qol
: Mehrac Baxşalı, 87 – Elçin Qasımov, 45+3. Sadiq Şəfiyev, 84.
Hakimlər: İnqilab Məmmədov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00 (pfl.az/canlı)

15 oktyabr

Qaradağ Lökbatan – Keşlə-2 0:2
Qol
: Emin Quliyev, 86; 90+5.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Tərlan Talıbzadə, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30 (pfl.az/canlı)

Sumqayıt-2 – Kəpəz 1:2
Qol
: Nəbi Məmmədov, 81 – Emil Qasımov, 11; 90+2.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30

Zaqatala – Zirə-2 2:0
Qol
: Əli Abdullayev, 81. Aleksandr Şemonayev, 90+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30 (pfl.az/canlı)