“Qarabağ”ın “Turan Tovuz”la oyununun vaxtı bilindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü turun oyun cədvəli məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.

Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri ilə əlaqədar 1-ci dövrənin oyunu “Qarabağ-2” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Qarabağ-2” olaraq dəyişdirilib.

Birinci divizion, 3-cü tur

21 oktyabr

13:00 Qarabağ-2 – Turan Tovuz
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

13:00 Sumqayıt-2 – Kəpəz
Sumqayıt şəhər stadionu (ehtiyat meydança),

14:00 Qaradağ Lökbatan – Keşlə-2
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

22 oktyabr

13:00 Sabah-2 – Zaqatala
“Bank Respublika Arena” (ehtiyat meydança)

14:00 Neftçi-2 – MOİK
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança)