“Zaqatala”dan darmadağın, “Kəpəz” “Sabah”a uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. “Turan Tovuz” MOİK-lə səfər görüşündən bir xalla ayrılıb.

Turun qalan oyunları bu gün keçirilib. “Zaqatala” “Neftçi-2″ni, “Keşlə-2” isə “Sumqayıt-2″ni darmadağın edib, “Sabah-2” isə “Kəpəz”dən üstün olub.

Birinci divizion, 2-ci tur

15 oktyabr

MOİK – Turan Tovuz 1:1
Qol: Elvin Nəsibov, 28 – Səbayıl Bağırov, 62.

Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, Tural Qurbanov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:00

16 oktyabr

Zaqatala – Neftçi-2 4:1
Qol:
Əsədulla Heydərov, 16; 58. Xəqani Sadıxov, 36. Bəhruz Teymurov, 56 – İbrahim Qədirzadə, 3.
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zaqatala şəhər stadionu, 15:00

Qarabağ-2 – Qaradağ Lökbatan 1:2
Qol:
Cavid Bayramov, 90-pen – Nihad Tamazov, 3-avtoqol. Orxan Quliyev, 21.
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00

Sabah-2 – Kəpəz 2:1
Qol:
Kamran Quliyev, 39. Fərid Kərimzadə, 87-pen – Novruz Məmmədov, 45.
Qırmızı vərəqə: Novruz Məmmədov, 87 (“Kəpəz”).
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Səbuhi Əmrahov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena” (ehtiyat meydança)

Keşlə-2 – Sumqayıt-2 4:2
Qol:
Mehdi Tahirov, 25. Elmir Rəhimzadə, 28; 30; 49 – Mehman Məsimov, 63. Murad Rəhimli, 73.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kərim Ağayev
“ASK Arena”