Qərb derbisinin başlama vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 15-ci turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, turun oyunları eyni gündə keçiriləcək, iki qarşılaşma isə “pfl.az” saytında canlı yayımlanacaq.

Lider “Turan Tovuz” bu tur çərçivəsində Gəncənin “Kəpəz” komandasını qəbul edəcək. Qərb derbisi adlandırılan bu görüş martın 1-də keçiriləcək.

Birinci divizion, 15-ci tur

1 mart

Turan Tovuz – Kəpəz
Tovuz şəhər stadionu, 14:00 (canlı/pfl.az)

Sumqayıt-2 – Sabah-2
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00

Qaradağ Lökbatan – Neftçi-2
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Qarabağ-2 – MOİK
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00

Keşlə-2 – Zaqatala
“ASK Arena”, 16:00 (canlı/pfl.az)