“Turan Tovuz” “Qaradağ Lökbatan”la “sülh”ə razılaşdı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda bu gün 14-cü turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlində 4-cü pillədə qərarlaşan “Zaqatala” doğma meydanda “Qarabağ-2″ni məğlub edərək, 2-ci pilləyə yüksəlib.

Turun daha bir qarşılaşması bu gün keçirilib. Lider “Turan Tovuz” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş qollu bərabərliklə bitib – 1:1.

Azərbaycan 1-ci divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları qarşı hava şəraitinə görə təxirə salınıb.

Birinci divizion, 14-cü tur

23 fevral

Zaqatala – Qarabağ-2 1:0
Qol:
Xəqani Sadıxov, 35.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00

24 fevral

Turan Tovuz – Qaradağ Lökbatan 1:1
Qol:
Nurlan Şabanov, 75 – Elnur Səmədov, 1.
Hakimlər: Rövşən Rəcəbov, Emin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu, 14:00