“Qarabağ” və “Neftçi”dən heç-heçə, “Keşlə”dən qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Sumqayıt”ın əvəzedici komandası “Zaqatala” səfərindən 1 xalla ayrılıb. “Kəpəz” MOİK-lə heç-heçə edib, “Qəbələ-2” isə “Qaradağ Lökbatan”a uduzub.

“Qarabağ-2” bu turda səfərdə “Sabah-2” ilə heç-heçə edib, “Keşlə-2” isə “Səbail-2″dən üstün olub.

Birinci divizion, 11-ci tur

6 dekabr

Zaqatala – Sumqayıt-2 0:0
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Qəbələ-2 – Qaradağ Lökbatan 0:2
Qol:
Elnur Cəfərov, 7. Sabir Allahquliyev, 45.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Rəşad Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00

MOİK – Kəpəz 1:1
Qol:
İsa Zeynallı, 41-pen – Bəhruz Teymurov, 90+7.
Qırmızı vərəqə: Elşən Veysov, 73. (MOİK)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Binə qəsəbə stadionu, 14:00

7 dekabr

Sabah-2 – Qarabağ-2 1:1
Qol:
Kamran Quliyev, 23 – Seyxan Fərəcov, 57.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 14:00

Zirə-2 – Neftçi-2 2:2
Qol:
Samir Qurbanov, 23. Tamerlan Burcəliyev, 68 – Ramin Nəsirli, 5. Famil Camalov, 82.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Cavid Cəlilov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 14:00

Səbail-2 – Keşlə-2 2:3
Qol:
Bayraməli Qurbanov, 1. Elşad Tağıyev, 34 – Elnur Süleymanov, 26-pen; 45. Bahadur Həziyev, 56.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 14:30