Lavessi karyerasını bitirdi

Futbol üzrə Argentina yığmasının sabiq hücumçusu Ezekiel Lavessi karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, o, bu barədə rəsmi “instagram” hesabında məlumat yayıb. Lavessi futbolçu karyerasını bitirdiyini bildirib.

Son olaraq Çinin “Hebey Çayna Forçun” klubunda çıxış edən Lavessi, karyerası ərzində “San Lorenso”, “Napoli” və PSJ-də də forma geyinib.

34 yaşlı yarımmüdafiəçi 51 dəfə də Argentna yığmasının şərəfini qoruyub.