Almaniya kuboku: Yarımfinal mərhələsinin püşkü atıldı

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dortmund “Borussiya”sı bu mərhələdə 2-ci Bundesliqa təmsilçisi “Holştayn”la qarşılaşacaq.

Aprelin 7-ə keçirilməli olan “Regensburq” – “Verder” matçının qalibi yarımfinalda “Leyptsiq”ə rəqib olacaq.

Almaniya kuboku, yarımfinal mərhələsi

Regensburq/Verder – Leyptsiq
Borussiya (Dortmund) – Holştayn