Futbol tarixinin ilk peşəkar futbolçusu FOTOLAR

Dünyada kontingent tanımayan, əksəriyyətin sevərək izlədiyi futbol İngiltərədə yaranıb. Amma futbol tarixinin ilk peşəkar futbolçusu ingilis deyil, şotlanddır.

Ferqus Suter – məhz o, futbol tarixinin ilk peşəkar futbolçusu kimi tanınır. Suter 1857-ci ildə, Şotlandiyanın Qlazqo şəhərində dünyaya göz açmışdı. O, bir müddət Şotlandiyada “Partrik” komandasında oynadıqdan sonra legioner karyerası yaşayıb. Belə ki, Suter futbolun vətəninə – İngiltərəyə üz tutur. O, İngiltərədə “Darven” və “Blekbern” klublarında forma geyinir.

Suter Şotlandiyada olarkən futbol oynamaqla yanaşı, daş karxanasında da işləyib. İngiltərəyə getdikdən sonra isə o, başqa işləri buraxıb, futbol oynadığı üçün pul almağa başlayıb. Futbolun həvəskar şəkildə oynanıldığı o dövrdə bir adamın futbol oynamağa görə pul alması xeyli müzakirələrə səbəb olmuşdu. 1880-ci ildə “Blekbern”ə keçən Suter, yeni komandasında daha çox pul qazanmağa başlayır. Onun “Blekbern”i seçməsinin əsas səbəbi də elə daha yaxşı maliyyə şərtləri olub.

Suter futbolçu karyerasını 1888-ci ildə başa vurub. Hansı ki, həmin dövrdə İngiltərə Futbol Liqası yaranırdı.

Şotland futbolçu 1916-cı ildə vəfat edib.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button