Futbol tarixinin 10 ən yaxşı qapıçısı – SİYAHI

Futbol tarixinin ən yaxşı qapıçılarının siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, məşhur “France Football” nəşri tərəfindən açıqlanan siyahıda ilk pilləni “Dinamo”nun və SSRİ-nin keçmiş futbolçusu Lev Yaşin tutub.

“Top-10”-da hazırda karyeralarını davam etdirən üç qapıçı – Canluici Buffon, Manuel Noyer və İker Kasilyas da yer alıb:

1. Lev Yaşin (“Dinamo”, SSRİ)
2. Qordon Benks (İngiltərə)
3. Dino Zoff (İtaliya)
4. Canluici Buffon (“Yuventus”, İtaliya)
5. Manuel Noyer (“Bavariya”, Almaniya)
6. Piter Şmeyxel (Danimarka)
7. Zepp Mayer (Almaniya Federativ Respublikası)
8. İker Kasilyas (“Portu”, İspaniya)
9. Edvin van der Sar (Hollandiya)
10. Piter Şilton (İngiltərə)