Futbol tarixinin ən yaxşı məşqçiləri məlum oldu SİYAHI

“France Football” nəşri futbol tarixinin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya hollandiyalı Rinus Mixels başçılıq edir. O, 1988-ci ildə Hollandiya millisi ilə Avropa çempionatının qalibi olub. Mixels “Barselona” və “Ayaks” klublarını da çalışdırıb.

Siyahıda 2-ci yeri isə “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson tutur.

İlk 10-luğu təqdim edirik:

  1. Rinus Mixels
  2. Aleks Ferqyuson
  3. Arriqo Sakki
  4. Yohan Kroyff
  5. Xosep Qvardiola
  6. Valeri Lobanovski
  7. Elenio Errera
  8. Karlo Ançelotti
  9. Ernst Happel
  10. Bill Şenkli